Freedom House bildirir ki, dünya əhalisinin yarıdan çoxu azad olmayan və ya qismən azad bölgələrdə yaşayır.
Səudiyyə Ərəbistanında repressiyalar, Suriyada döyüşlər və zorakılıqlara görə bu ölkələr azad olmayan 10 ölkə arasında yer alır. Sənəddə deyilir ki, dünya əhalisinin 83 faizi qeyri-azad ölkələrin sakinidir.
Avrasiya regionunda hər 4 adamdan 3-ü azad ölmayan ölkələrdə yaşayır. Hesabatda Rusiyada homoseksuallara, Ukraynada azad mətbuata qarşı təzyiqlərin artdığı bildirilir.
Afrika ilə bağlı göstəricilər qarışıqdır. Mali, Ruanda, Zimbabve kimi ölkələrdə inkişaflar qeydə alınsa da, Uqanda, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında vəziyyətin ağırlaşdığı qeyd edilir.
Banqladeş, Şri-Lanka və Əfqanıstanda azadlıqlar məhdudlaşdırılıb.
Təşkilat 195 ölkə və 14 ərazidə siyasi və vətəndaş hüquqları azadlığı reytinqinə əsasən hesabat hazırlayıb.
Hesabatda deyilir ki, 2013-cü il dünyada azadlıqların məhdudlaşdırıldığı ardıcıl 8-ci il kimi qeydə alınıb.