Freedom House: Rusiya regiona yeni həyəcanlı repressiyaları gətirən siyasi modeldir

Freedom House: Azərbaycanda internet məhdudiyyətləri var

Hüquq müdafiə təşkilatı Azərbaycanda internetə məhdudiyyətləri qeyd edir
Freedom House yeni hesabatında postsovet məkanı ölkələri arasında demokratiyanın səviyyəsinin pisləşməsində Rusiyanın əsas rolunu qeyd edir.

2014-cü ildə keçid dövründə olan ölkələrə dair hesabatda Freedom House Rusiyanı azad institutlardan uzaqlaşmanı və regiona yeni həyəcanlı repressiyaların gətirilməsini edən siyasi model kimi göstərir.

Bununla belə ötən il bəzi müsbət irılələyişlər olub. Kosovo, Albaniya və Gürcüstan seçki prosesinin yaxşılaşdırılması və hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı qiymətləndirilib.
Hesabatdan aşağıdakı nəticələrə gəlinir:

- 29 Avrasiya ölkəsindən 13 demokratik, 6-ı keçid rejimlər, 10-u avtoritar kimi qiymətləndirilib. 2013-cü ildə Rusiyanın öz qonşu ölkələrinə mənfi təsiri daha çox nəzərə çarpıb, məsələn, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran Rusiya qanunlarının surətləri;

- Vətəndaş cəmiyyəti üçün ən pis mühit Rusiya, Azərbaycan və Qazaxıstandadır.

Hər ölkədə vəziyyətə dair hesabatın tam mətni iyunun 12-də açıqlanacaq.