Freedom House internet azadlığına dair hesabat açıqlayıb

Azərbaycan qismən azad ölkələr sırasına daxil edilib

Onlayn ifadə azadlığına dair yeni hesabat göstərir ki, 2015-cü ildə bütün dünyanın internet məkanındakı azadlığında geriləmə müşahidə edilib.

Freedom House-un onlayn ifadə azadlığına dair sayca 6-cı olan illik hesabatında deyilir ki, sorğu keçirilən 65 ölkənin 32-də internet azadlığı zəifləyib. Çin, Rusiya, Türkiyə və Misir bu ölkələr siyahısında əsas yeri tutur. Bu hal kəşfiyyat agentliklərinə vətəndaşların nəzarətinə dair səlahiyyətlərin artırılması ilə baş verib.

Rusiya və Ukrayna aralarındakı münaqişənin davam etdiyi son iki il ərzində müntəzəm olaraq tənqidçilərinə təzyiq göstərir. Ukraynanın şərq regionunda isə internet istifadəçiləri Moskva tərəfdarı yarı-hərbi qruplar tərəfindən fiziki təhdidlərlə üzləşib.

Hesabatın araşdırma təhlilçisi Lora Rid deyib ki, hökumətlər həmçinin daha çox tənqidi mövzuları internetdən pozmaq səylərini artırıb. Onlar saytlara blok qoymaq əvəzinə internet provayderi kompaniyalarına bunu tapşırıb.

Hesabata daxil edilən 65 ölkə dünya internet əhalisinin təxminən 88 faizini əhatə edir. İstifadəçilərin 40 faizi ABŞ, Çin və Hindistan əhalisidir. Bu 3 ölkə arasında Amerika azad ölkə statusu daşıyır.

50 ölkədə isə siyasi və sosial mesajlarını internet vasitəsilə ifadə edən istifadəçilər polis tərəfindən saxlanıb.

İnternet azadlığı ən zəif olan ölkələr Çin, Suriya və İrandır. Region kimi isə hesabatda sonuncu yeri Yaxın Şərq tutur.

Sorğu keçirilən 65 ölkədən 40-da, yəni 61 faizində siyasi və sosial şərhlər yazan istifadəçilər həbsə salınıb. Ötən il bu göstərici 38 faiz təşkil edirdi.

Azərbaycan hesabatda 56-ci yerdə qərargahlanaraq qismən azad ölkələr sırasına daxil edilib.

Azad ölkələr kateqoriyasında yer alan Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir.

Siyahıya İslandiya başçılıq edir.