Freddi Qreyin ölümündə təqsirli bilinən polisin hökmü barədə razılıq əldə olunmayıb

Baltimor şəhərinin meri Freddi Qreyin ölümündə təqsirli bilinən polis zabitinin qüsurlu məhkəmə prosesindən sonra insanları sakitliyi qorumağa çağırır.

Çərşənbə günü münsiflər məhkəməsi zabit Uilliam Porter barədə yekun hökm üzərində razılıq əldə etməyib. Cümə axşamı isə hakim məhkəmə işinə yenidən baxılmasının müzakirəsi üçün prokuror və Porterin vəkili ilə görüşəcək.

Qreyin ailəsi ştatının prokurorunu polis zabitinin işinə yenidən baxmağa çağırır.

Bir qrup nümayişçi hökm çıxandan sonra Baltimor küçələrində yürüş keçirib, amma Qreyin ölümündən sonra baş verən kimi həbslər və ya əmlakların kütləvi şəkildə məhvinə yol verilməyib.

Qrey aprel ayında polis maşınının arxasında təhlükəsizlik kəməri olmadan polis mənətəqəsinə aparıldığı vaxt aldığı xəsarətlərdən vəfat edib.

Prokurorlar polis zabiti Porterin Qreyin tibbi yardım xahişinə məhəl qoymadığını və polis kimi vəzifəsindən sui-istifadə etdiyini deyir.

Müdafiəçilər Qreyin ölümünü dəhşətli faciə adlandırıb, lakin Porteri həbs etmək üçün heç bir sübutun olmadığını iddia edir.

Porter Qreyin ölümündə təqsirli bilinən digər beş polisin məhkəməsi zamanı ifadə versə, ya polislikdən istefaya göndərilə, ya da gələcəkdə məhkum olunmaqdan azad ola bilər.