Fransız jurnalistlərin girov götürülməsinin birinci ildönümünü qeyd edilib

Fransız jurnalistlərin girov götürülməsinin birinci ildönümünü qeyd edilib

Media hüquqları qrupu iki fransız jurnalistin Əfqanıstanda girov götürülməsinin birinci ildönümünü qeyd edib. Jurnalistlərin surətləri Parisin məşhur Zəfər Tağında əks etdirilib. Sərhədsiz Reportyorlar təşkilatı Erve Geskviyer və Stefan Taponiye üçün xatirə mərasimi keçirib.

Fransa 3 telekanalının reportyorları və onların 3 əfqan tərcüməçisi ötən dekabrda Kabildə girov götürülmüşdülər və hazıra Taliban qüvvələri tərəfindən əsir saxlanılırlar. Öz vebsaytında açıqladığı bəyanatda Sərhədsiz Reportyorlar Fransa prezidenti Nikola Sarkozini jurnalistlərin taleyini “milli prioritetə” çevirməyə çağırır.