Yəməndə Əl-Qaidə ilə ilaqəsi olan yaraqlılar Fransanın 3 yardım işçisinin azad edilməsi müqabilində 12 milyon dollar tələb edib .Onlar may ayından bəri itkin idi. Yəməninin təhlükəsizlik rəsmiləri və qəbilə başçıları tələbin bu gün irəli sürüldüyünü deyir. İki qadın və bir kişi yardım işçisi Sayun şəhərində yoxa çıxmışdı. Onların girov götürüldüyü bildirilsə də, dəlillər olmadığı üçün bunu təsdiq etmək mümkün olmamışdı
Bu arada, Yəmənin Əl-Qaidə təşkilatının rəhbəri Üsama Bin Ladenin xələfinə sadiq qalacağına və qərbyönümlü hökumətə qarşı mübarizəni davam etdirəcəyinə and içib.