Fransada ultra-sağçı siyasətçi prezidentliyə namizəd oldu

  • Amerikanın səsi

Fransada ultra sağ partiyasının lideri Marin Le Pen gələn ay keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs topladığını bildirir.

Le Pen deyir ki, o, tələb olunan 500 seçkili fransız rəsmisinin dəstəyini ala bilib.

Le Pen ultra mühafizəkar Milli Cəbhə Partiyasına rəhbərlik edir ki, bu partiya özünün qatı anti-mühacir təmayülünə görə tanınır.

Partiya son zamanlar sərt ritorikadan geri çəkilərək diqqəti daha çox avro və iqtisadiyyata yönəldib.

Son rəy sorğuları Le Penin prezident Nikola Sarkozinin başlıca rəqibi sosialist Fransua Hollanddan xeyli geridə qaldığını göstərir.