Fransada müsəlmanlara hücum planlaşdıranlar həbs olundu

Fransa rəsmiləri müsəlmanlara hücum etməyi planlaşdıran ifrat sağçı qruplaşmanın 10 üzvünü zərərsizləşdirib.

32-69 yaşları arasında 9 kişi və bir qadın bütün Fransa boyu reydlər zamanı həbs olunub.

Paris, Koriska adası və qərbi Charentes-Maritimes regionunda keçirilən reydlər zamanı tüfənglər, tapançalar və əldəqayırma qumbaralar aşkarlanıb.

Hakim qarşısına çıxarılan şübhəlilər “kriminal terrorist sui-qəsd”də ittiham olunublar.

Bir neçəsi silah qanunlarını pozmaqda və partlayıcı maddələr gəzdirməkdə günahkar bilinir.

Police tutulan 10 şəxsi "Əməliyat Qüvvələri Hərəkəti" adlı az taninan qrupla əlaqələndirir. Həmin qrup fransız xalqını “daxildəki düşmən” kimi təsvir edilən müsəlmanlara qarşı mübarizə aparmağa çağırır.

2010-cu ildə əhalisinin artan sayda kəsimini müsəlmanlar təşkil edən Fransada niqab geymək qadağan olunub. İfrat sağçı qüvvələr müsəlmanları cəmiyyətin xarakterini dəyişməkdə ittiham edirlər.

İstintaqa yaxın mənbələrin AFP xəbər agentliyinə bildiridiyinə görə, şübhəlilər “müsəlman etiqadına mənsub insanları hədəf almaq üçün mücərrəd plan” qurublar.

Paris, Korsika adası və qərbi Charentes-Maritimes regionunda keçirilən reydlər zamanı tüfənglər, tapançalar və əldəqayırma qumbaralar aşkarlanıb.