Fransa prokurorları bir gün əvvəl görkəmli filosof və intelektual şəxsə qarşı antisemitizmi şərhlər bildirdiyinə görə bazar günü sarı jiletli nümayişçilərlə bağlı təhqiqata başlayıb.
Fransanın bir neçə xəbər kanallarında yayımlanan videoda insanlar Alan Finkilkraunta “çirkli sionistlər” və “Fransa bizimdir” kimi təhqiramiz şüarlar səsləndirdiyini nümayiş etdirib.
Finkilkraunt Fransa mətbuatına 14 şənbə ardıcıl olaraq nümayişlər keçirən insanların onun diqqətini çəkdikləri üçün onlara yaxınlaşdığını deyib.
Finkilkraunt əvvəl bu nümayişləri dəstəkləyirdi. Lakin ötən şənbə günü baş vermis insidentdən sonra o, nümayişçiləri “gülünc” adlandırıb.
Fransa prezidenti Emmanuel Makron bu şərhləri pisləyən çox sayda siyasətçidən biri olub. O, tviterdə deyib ki, Finkilkrauntun məruz qaldığı antisemitizm təhqirləri bizim kim olduğumuzu və bu ölkəni qüdrətli edən faktları tam danmaq deməkdir.
Ölkə boyu nümayişçlər noyabrın 17-i əvvəlcədən planlaşdırılmış yanacaq vergilərinin artırılması əleyhinə başlayıb. Nümayişlər daha sonra əsasən Makronun liberal iqtisadi islahat siyasəti əleyhinə etiraz aksiyaları ilə davam edib. Makron dekabrda vergi və maaş güzəştləri həyata keçirsə də, aksiyalar davam edir.
Şənbəgünkü təhqir yəhudilər əleyhinə hücumların sərt artması ilə eyni vaxta təsadüf edir. Polis hücumların ötən ildən bəri 74 faiz artdığını bildirib.
Makronun hakimiyyətdə olan La Republique en Marche partiyası da daxil olmaqla, 14 siyasi partiya çərşənbə axşamı insanları antisemitizm əleyhinə simvolik nümayişlərə çağırıb.