Bu ölkənin Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib
Fransa REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun ictimai asayişi pozma və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilməsinə təəssüf edir. Bu barədə Fransa Xarici İşlər Nazirliyi martın 19-da bəyanatla çıxış edib.
Fransanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir ki, Fransa XİN məhkəmə prosesi zamanı müdafiə hüquqlarına yetərincə riayət edilmədiyini əks etdirən hesabatlardan narahatlığını bildirir.
“Azərbaycanın bu ilin mayında Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ərəfəsində Fransa Azərbaycan hökumətini hüquqi prosedurlarda ədalətin müstəqilliyinə və insan hüquqlarına riayət etməyə çağırır”, sənəddə qeyd edilir.
Şəki Ağır Cinayətlər Məhkəməsində martın 17-də İsmayıllı hadisələri üzrə ittiham olunan 18 nəfər barəsində hökm oxunub.
Məhkəmənin hökmü ilə REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, digər müttəhimlər Səftər Ağamalıyev, Vasif İbrahimov və Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 ay, Şükran Möhbalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il həbsə məhkum edilib. 8 nəfər isə şərti azadlığa buraxılıb.