Azərbaycanda Fransa səfirliyi qarşısında etiraz (video)

Your browser doesn’t support HTML5

Fransa səfirliyi qarşısında dindarların etirazı

Dindarlar Fransada həftəlik “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının dərcinə etiraz edib
Sentyabrın 24-də bir qrup dindar Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Aksiyanın keçirilməsinə səbəb Fransada həftəlik “Charlie Hebdo” jurnalının son sayında Məhəmməd Peyğəmbərin barəsində karikaturanın dərc edilməsidir. Aksiya iştirakçıları “Məhv olsun Fransa!”, “Allahu Əkbər!” şüarlarını səsləndirib.

Polis aksiya iştirakçılarını dağıdıb, 13 nəfər saxlanıb.

Aksiya ilə əlaqədar Fransa səfirliyinə yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Polis əraziyə yaxınlaşan digər aksiya iştirakçılarını da sıxışdırıb.

Ötən həftə dindarlar ABŞ səfirliyinin qarşısında aksiya keçirərək “Müsəlmanların məsumiyyəti” filminə etirazlarını bildirib.