Fransa Suriyaya qarşı silah embarqosundan müdafiə silahları maddəsinin çıxarılmasını təklif edir. Məqsəd Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı mübarizə aparan rəqib döyüşçülərə yardım göstərilməsidir.
Fransanın xarici işlər naziri Laurent Fabius deyib ki, ölkəsi avropalı müttəfiqləri ilə koordinasiyalı plan hazırlamalıdır.
Fransa bu həftə Suriyanın yenicə təsis edilən müxalifət birliyini rəsmən tanıyan ilk ölkədir.
Fransa prezidenti Fransua Holland şənbə günü Suriyanın müxalifət liderləri ilə görüş keçirməlidir.
ABŞ isə qrupu tanıdığını bildirməsə də, qurumun yayarlılığını sübut etməli olduğunu bəyan edib. ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, koalisiyanın təsisi mühüm addımdır.
Suriya isə prezident Əsədlə müzakirələri qəbul etməyən qrupu rədd edir.
Birlik Körfəz Əməkdaşlığı Təşkilatının 6 üzvü tərəfindən də rəsmən tanınır.
Türkiyə Suriyanın müxalifət birliyinə dəstəyini bildirib. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bu gün Suriyanın Milli Koalisiyasının rəsmən tanındığını bəyan edib.
Noyabr ayının 30-da “Suriya dostları”nın Tokioda 5-ci sammiti işinə başlamalıdır.