Fransa Suriya üzərində kəşfiyyat uçuşları aparacaq

Fransanın ABŞ-ın başçılıq etdiyi koalisiyaya da qoşulmaq ehtimalı var

Bazar ertəsi Fransa prezidenti Fransua Olland Fransanın Suriya üzərində kəşfiyyat uçuşları aparacağını, daha sonra isə ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşula biləcəyini bildirib.

Fransa hərbi təyyarələri İraqda yaraqlıları hədəf alan hava hücumlarında iştirak edib, ancaq ABŞ-dan sonra Suriyada hədəfləri bombalayan ilk Qərb dövləti olacaq.

“Mən müdafiə nazirliyindən sabah Suriya üzərində kəşfiyyat uçuşlarının aparılmasının istəmişəm. Bu, bizə İŞİD-ə qarşı hava hücumlarını planlaşdırmağımıza yadım edəcək,” deyə cənab Olland bildirib.

O həmçinin hökümət qüvvələri, qiyamçı döyüşçülər, Əl-Qaidəyə bağlı qüvvələr və İslam Dövləti yaraqlıları arasında döyüşlərin getdiyi Suriyaya quru qoşun göndərməyi düşünmədiyini açıq şəkildə bəyan edib.