Fransa İrandakı səfirliyində həyata keçirilən zorakılığı qınayıb

Fransa İrandakı səfirliyində həyata keçirilən zorakılığı qınayıb

Fransa İranın bu ölkədəki səfirinə İran təhlükəsizlik işçilərinin bazar günü Fransa səfriliyində törətdikləri zorakılığa görə şikayət etmişdir. Fransanın Xarici İşlər Nazirliyi bugünkü açıqlamasında naməlum təhkükəsizlik xidməti işçilərinin səfirliyin girişini bağlayaraq, heç kəsin içəri daxil olmasına icazə vermədiklərini və Fransa səfirinin qonaqlarını həbs etdiklərini bildirilir. Həmin qonaqlar səfirliyə Fars musiqisini qeyd etmək üçün dəvət edilmişdilər.

Fransanın Xarici İşlər Nazirliyi bazar günü baş verən insidenti ciddi zorakılıq aktı adlandıraraq, onu 1961-ci il Vyana Diplomatik Konvensiyasına zidd adlandırıb.