Fransa prezidenti Vladimir Putinlə görüş keçirib

Your browser doesn’t support HTML5

Bazar ertəsi Fransanın yeni prezidenti Emmanuel Makron Versal Sarayında rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Makron “son dərəcə səmimi” adlandırdığı bu görüşdə Fransa prezident seçkilərinə müdaxilə cəhdlərinə görə  Rusiya KİVlərini tənqid edib. O həmçinin Çeçenistanda gey və lesbian icmasına qarşı qəddar rəftarı və Rusiyanın şərqi Ukrayna və Suriyadakı rolunu sorğu-sual edib.