Fransa parlamenti pensiya islahatlarını təsdiq etdi

  • Asgar Asgarov

Fransa parlamenti pensiya islahatlarını təsdiq etdi

Fransada həftələrlə davam edən etiraz aksiyalarına baxmayaraq parlament prezident Nikola Sarkozinin pensiya islahatlarını qəbul edib. Son səsvermədə qanunvericilər 336-233 səs nisbəti ilə sənədi təsdiq ediblər. Cənab Sarkozinin qanunu noyabrın ortalarında imzalyacağı gözlənilir. Bu qanun pensiya haş həddini 60-dan 62-yə qaldıracaq. Milyonlarla adam etiraz əlaməti olaraq küçələrə çıxmış, işlərini dayandırmışlar. Ölkə boyu keçirilən tətillər Fransaya gündəlik 560 milyon dollara başa gəlib.