Fransa öz vətəndaşlarını Fil Dişi Sahilini tərk etməyə çağırıb

Fransa öz vətəndaşlarını Fil Dişi Sahilini tərk etməyə çağırıb

Fransa öz vətəndaşlarını Fil Dişi Sahilini tərk etməyə çağırıb.Buna səbəb Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki-Munun Fil Dişi Sahilində vətəndaş müharibəsinin yenidən başlaması riskinin real olmasını açıqlamasıdır. Ölkədə 15 min vətəndaşı olan Fransa hökumətinin sözçüsü onlardan müvəqqəti olaraq Afrika ölkəsini tərk etməyi xahiş edib.

Fil Dişi Sahilinin hazırki lideri Loren Qbaqbo təkidlə mübahisəli noyabr seçkilərində qalib gəldiyini iddia edir. Beynəlxalq ictimaiyyət isə onun rəqibi Alassan Ouattaranı qalib kimi tanıyır.