Fransa xarici işlər naziri Loren Fabius bildirib ki, ölkənin hərbi qüvvələri Malinin şimalında gizlənən islamçı üsyançılara qarşı hücumu davam etdirəcək.
Loren Fabiusun sözlərinə görə, döyüş təyyarələri Malinin ucqar səhralıq şimal bölgəsindəki təchizat yolları və təlim mərkəzlərinə hücumları davam etdirir. O deyib ki, məqsəd üsyançıların regionda uzun müddət qala bilmələrini mümkünsüz etməkdir.
Malidə keçən il əsgərlər prezidenti devirəndən sonra böhran yaranıb və islamçı qruplar ölkənin şimalına nəzarəti ələ keçirib. İslamçılar daha sonra bütün regiona nəzarəti ələ keçirib və şəriət qanunları tətbiq edərək qadınları hicab bağlaması məcburi edib və musiqiyə qadağa qoyub.