Fransa koronavirusun yeni dalğasından narahatdır

Your browser doesn’t support HTML5

Fransada son həftələrdə koronavirusa yoluxma hallarının yenidən artması narahatlıq doğurur. Ötən həftə ölkə üzrə gündəlik 5-6 mindən çox yoluxma halı qeydə alınıb. Yayılmanın qarşısının alınması üçün paytaxt Paris və digər böyük şəhərlərdə maska taxmaq məcburi elan edilib. Digər tərəfdən COVİD-19 testlərinin aparılması da intensivləşdirilib. Fransada koronavirusa görə bugünədək 30 mindən çox insan həyatını itirib.