Fransa karantinin dördüncü həftəsinə girdi
Your browser doesn’t support HTML5
Fransa bu həftə koronavirusa görə tətbiq edilən xüsusi karantin rejiminin dördüncü həftəsinə girir. Avropada pandemiyadan ən çox əziyyət çəkən ölkələr sırasında olan Fransada virusdan bugünədək 9 minə yaxın insan həyatını itirib. Virusa yoluxanların sayı isə bu həftə 100 mini keçəcəyi gözlənilir. Hələlik aprelin 15-dək olan karantin rejiminin ayın sonunadək uzadılacağı gözlənilir.