Fransanın paytaxtında etiraz aksiyası keçirilib

Fransanın paytaxtında həmcins nikahla bağlı etiraz aksiyası keçirilib. Parisdə toplaşan nümayişçilər hökumətin homoseksualların evliliyinin qanuniləşdirməsi planına etiraz edib.

Yürüşdə 200 mindən artıq insan iştirak edib. Şəhərin üç müxtəlif istiqamətindən insan axını Eyffel Qülləsinə tərəf axışıb.

Rəy sorğularına görə, respondentlərin 50 faizi həmcins nikah və homoseksualların övladlığa uşaq götürməsini dəstəkləyir.

Fransa parlamentində homoseksualların evliliyinin qanuniləşdirilməsinə dair qanun layihəsi ayın sonunda müzakirəyə çıxarılmalıdır.

Məsələ Fransua Hollandın prezident seçkiləri kampaniyasında verdiyi vəddir.