Fransada ekstremistlərin hücumlarına məruz qalanların xatirəsi anılıb

Anım mərasimlərində Fransa prezidenti Fransua Olland da iştirak edib

Fransa prezidenti Fransua Olland islamçı ekstremistlər tərəfindən hücuma məruz qalan satirik Charlie Hebdo qəzetinin əməkdaşları, koşer dükanı müştəriləri və polisin anım mərasimində iştirak edib.

Hücumlar zamanı 17 nəfər öldürülmüşdü.

Qurbanların ailə üzvləri Fransanın dövlət başçısı ilə birlikdə qəzetin yerləşdiyi bina yaxınlığında 2015-ci ilin yanvar ayının 7-də toplantı keçirərkən silahlı 2 qardaş tərəfndən qətlə yetirilən 11 nəfərin xarirəsini anıb.

Daha sonra polis və yəhudi mağazasında öldürülən 4 nəfərin anım mərasimi təşkil edilib.

Fransua Olland hadisələrdən sağ çıxan insanlarla qısa görüş keçirib. Onlar arasında 15 nəfəri mağazanın zirzəmisindəki anbarda gizlədən malili Lassana Batili də olub.

Batili qəhrəman ada və Fransa vətəndaşlığına layiq görülüb