Fransa Əfqanıstanda hərbi əməliyyatları dayandırıb

  • Amerikanın səsi

Fransa Əfqanıstanda hərbi əməliyyatları dayandırıb

Əfqan əsgəri dörd fransalı əsgəri öldürdükdən sonra Fransa hökuməti Əfqanıstanda bütün hərbi təlimlər və birgə əməliyyatları dayandırdığını deyib. Prezident Nikolas Sarkozi eyni zamanda baş vermiş hücumdan sonra təhlükəsizlik bərpa edilmədiyi təqdirdə Fransa qoşunlarını vaxtından əvvəl ölkədən çıxarmağı nəzərdən keçirəcəyini bildirib.

Əfqan təhlükəsizlik rəsmiləri Kapisa vilayətində baş vermiş hadisədə azı 16 nəfərin yaralandığını bildirib. Fransa müdafiə naziri Qerard Lonquet bildirib ki, hadisə Fransa və Əfqan qüvvələr təlim keçən zaman baş verib. Əfqan əsgər hücum edərkən fransızlar silahsız olublar.