Ərəblər Yaxın Şərqdə baş verən hücumların diqqət mərkəzində olmadığından giley edir [Təhlil]

Yaxın Şərqdə dünyada baş verən terror hücumlarında həlak olanlar anıldığı vaxt bəziləri onların faciələrinə kifayət qədər diqqət yetirilmədiyi və Ərəb dünyasının ekstremizmi dəstəkləyən kimi göstərildiyindən ikayət edir.

Beyrutda keçən həftə baş verən bomba partlayışı nəticəsində 43 insan həlak olub. Onlar deyir ki, Fransada terror aksiyaları ilə müqayisədə Yaxın Şərqdə baş verən hücumlar həm ənənəvi media vasitələri, həm də sosial media tərəfindən unudulub, Qərbdə baş verən hücumlar isə mediada daha çox yer alır.

Bir şey məni narahat edir, Beyrutda baş verən partlayışa mediada o qədər yer verilmir, hər kəs Parisdəki hücumlar haqda məlumatları paylaşır.
Çala Vahbi

“Bir şey məni narahat edir, Beyrutda baş verən partlayışa mediada o qədər yer verilmir, hər kəs Parisdəki hücumlar haqda məlumatları paylaşır”, deyə Beyrut sakini Çala Vahbi bildirir.

Bomba partlayışının baş verdiyi qəsəbənin ətrafında yaşayan Beyrut sakinləri deyir ki, onlar Livandan daha təhlükəsiz hesab etdikləri Fransada hücumlar barədə xəbərləri şok kimi qarşılayıblar.

“Güclü mərkəzi hakimiyyətə sahib Paris şəhərində biz hücumları görəndə hamı şoka düşdü,” deyə partlayışın baş verdiyi əyalətin meri Zuhair Calol bildirir. “Dünyada mən ölkəmi 100 faiz qoruya bilərəm deyən heç bir lider yoxdur”, deyə o əlavə edir.

Rəğbətin olmaması

Misirdə nazirlər və digər yüksək səviyyəli şəxslər toplaşaraq, Livanda və Fransada həlak olanların xatirəsini anıb. Rusiya bayraqları piramidaların üzərinə sancılıb. Paris və Beyrutdakı hücumlarla yanaşı misirlilər təyyarə qəzasında həlak olan 224 sərnişinin xatirəsini yad edib. Təyyarədə olan sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşı .

Lakin Qahirə sakinlərinin bir qismi deyir ki, Fransada baş verən hücumlara görə ifadə edilən kədər Yaxın Şərqdə iztirablara eyni dərəcədə yanaşmanın olmadığını göstərir.

Dünya boyu insanların çoxu Qərblə həmrəylik göstərir. Çünki onlar düşünür ki, problemə səbəb ərəblərdir və onlar terrorismi dəstəkləyir. Onlar bizim terror hücumlarını hər yerdə törətdiyimizi düşünür.
Kərim Ala

“Dünya boyu insanların çoxu Qərblə həmrəylik göstərir. Çünki onlar düşünür ki, problemə səbəb ərəblərdir və onlar terrorismi dəstəkləyir. Onlar bizim terror hücumlarını hər yerdə törətdiyimizi düşünür”, deyə universitet tələbəsi Kərim Ala bildirir.

İslam Dövləti qrupu militantları Fransada, Misirdə, Livanda və İordaniyada yaxın günlərdə baş verən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Hadisələr zamanı 400-dən çox insan həlak olub, deyə Ala əlavə edir. Ancaq o, Yaxın Şərqə daha çox zərər verildiyni bildirir.

“Militantlar sadəcə ərəblərdən ibarət deyil. Onlar arasında başqa xalqların da nümayəndələri var,” deyə o vurğulayır.

İslam Dövləti qrupunun zəbt etdiyi İraq və Suriya ərazilərindən qaçan insanlar oradakı militantların Avropa, Amerika, Afrika və Uzaq Şərq ölkələrindən gələn insanlar kimi göründüyünü və onların yerli dialektlərdə deyil, klassik Ərəb dilində danışdığını deyir.

Qərbi ittiham etmək

Bu yaxınlarda keçirilən ictimai rəy sorğuları göstərir ki, suriyalıların çoxu İslam Dövləti qrupunun Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən yaradıldığını düşünür. Misirdə gənclərin çoxu baş verən hadisələrə görə Qərbi ittiham edir. Onlar həmçinin Ərəb hökumətlərini Qərblə müttəfiq olmaqdan günahlandırır.

“Heç kim azad deyil. Qərb bizə nə etmək lazım olduğunu deyir”, deyə 24 yaşlı Əli bildirir.

Onlar zalım terror üzərində qələbə çalacaq. Biz Fransa xalqı ilə cinayətkar terrorizmə qarşıyıq
Camal Əl-Şubaki Fələstinin Misirdəki səfiri

Lakin bazar günü insanlar Qahirədəki Fransa səfirliyinin önünə gül dəstələri qoydu. Ərəblərin yüksək səviyyəli nümayəndələri isə Qərblə müttəfiq olmalarından qürür duyduqlarını bildirdi. Fələstinin Misirdəki səfiri Camal Əl-Şubaki deyib ki, Fransa demokratiyanın tarixi lideridir.

“Onlar zalım terror üzərində qələbə çalacaq. Biz Fransa xalqı ilə cinayətkar terrorizmə qarşıyıq”, deyə o bildirib.