Fransanın Afrikada hərbi mövcudluğu artır [Video]

Your browser doesn’t support HTML5

Fransanın Afrikada hərbi mövcudluğu artıq

Fransa müsəlmanlarla xristianlar arasındakı iğtişaşların yatırılması üçün Mərkəzi Afrikaya 1600 əsgərdən ibarət qüvvə yerləşdirib. İlin əvvəllərində islamçıların ölkənin şimal bölgəsini ələ keçirməsindən sonra Paris Maliyə 4000 nəfərlik dəstə göndərib.
Fransanın münaqişələrə müdaxiləsi onun öz maraqlarına xidmət edir. Bu, Londonun İqtisadiyyat siyasəti institunun alimi Deyvid Kadierin fikridir.

“Biz Afrikada Əfqanıstan istəmirik. Məhz buna görə bəzən Fransanın strateji dairələrində “sahelistan” ifadəsi işlədilir. Əgər hökumət, təhlükəsizlik qarantiyası yoxdursa terroçular Avropanın qapıları önündə- Mərkəzi Afrika Respublikası, şimal bölgələr və digər yerlədə təlim düşərgələri salacaq.”

Fransanın qlobal təhlükəsizlik sahəsində rolunun artması qonşu Britaniya ilə kontrasta səbəb olub. Ötən avqust ayında Əsədin xalqına qarşı kimyəvi silahlardan istifadə etdiyinə dair iddialardan sonra Britaniya parlamentinin Suriya münaqişəsinə müdaxiləni rədd etməsi şok yaratmışdı.

Ötən ay Britaniyanın müdafiə naziri, general Nikolas Houqton deyib ki, ölkəsi dünyada qüvvələrin yerləşməsinə skeptik münasibət bəsləyir.
“Mən Fransa qüvvələrinin riskdən çəkinməyən davranışına valeh olmuşam. Biz bir cəmiyyət və peşəkar ordu kimi əmin olmalıyıq ki, öz cəsarət instinktimizi itirməyək.”

Britaniya 2003-cü ildə İraqa müdaxilə dövründən bəri ABŞ-la müttəfiqlik edir. Bu, Britaniyada yaxşı qarşılanmır. Brtitaniya ilin sonunadək qüvvələrini 13 illik mövcudluq və 450 nəfərlik itkisi ilə Əfqanıstandan çıxaracaq. Rəy sorğularına görə, Əfqanıstanda nailiyyət əldə edildiyi hesab edilmir.
Ordunun məsrəflərinin ixtisarı da daxil edilməklə münaqişələr Britaniyanı zəiflədib. Deuvid Kadier belə düşünür . “Risk almaq və itki vermək baxımından istək azalıb. Fransa üçün digər Avropa ölkələrindən strateji dəstəyi görməmək məyusedicidir.”

Ötən sentyabr ayında Fransa xarici işlər naziri Loren Fabius deyib ki, Fransa strateji sınaqlara uyğunlaşacaq.

O, Fransanın qlobal qüdrət olaraq qalacağını və rəqabətcilliyini saxlayacağını deyib.

Amma son rəy sorpğuları göstərir ki, Fransa ictimaiyyətinin Mərkəzi Afrika Respublikasında qoşun yerlədirilməsinə dəstəyi 51 faizdən 41 faizə enib.