Fransa və Rusiya əlaqələri genişləndirir

Rusiyaya səfəri zamanı cənab Sarkozi və Rusiya prezidenti Dmitri Medvedevin iki ölkə arasında münasibətlərin gücləndirilməsini nəzərdə tutan bir sıra sənədə imza atacaqlarını gözlənilir.

Fransa prezidenti Nikola Sarkozi Avropa və Rusiyanın təhlükəsizliyinə hədələrə qarşı mübarizə aparmaq üçün birgə iş aparmalı olduqlarını deyib.

Fransa lideri bu açıqlamarlı Rusiyada başlıca biznes tədbiri olan Sank-Peterburq İqtisadi Forumunda verib. Rusiyaya səfəri zamanı cənab Sarkozi və Rusiya prezidenti Dmitri Medvedevin iki ölkə arasında münasibətlərin gücləndirilməsini nəzərdə tutan bir sıra sənədə imza atacaqlarını gözlənilir.

Buraya Mərkəzi Asiya qazını Rusiyadan Qara dəniz vasitəsilə Avropaya çatdıracaq Cənub Axını kəməri də daxildir. Avstriya, Yunanıstan və İtaliya 2015-ci ildə başa çatdırılması gözlənilən layihəyə imza atmış bir neçə ölkə arasındadır

Dövlət başçılarının nəqliyyat və fəza sahəsində əməkdaşlığa dair müqavilələr imzalayacağı gözlənilir.