Fransada koronavirusdan son 24 saat ərzində 186 nəfər ölüb

Fransanın səhiyyə rəsmiləri bazar ertəsi koronavirusdan daha 186 nəfərin öldüyünü, bununla ölkə boyu ölənlərin ümumi sayının 860 olduğunu bildirib. Bu isə 28 faiz artım deməkdir. Ölkənin ikinci həftədir özünü təcridinə baxmayaraq, son üç gündə yoluxma halları həddən artıq çox olub.

Mətbuat konfransı zamanı səhiyyə naziri Oliver Veran yoluxma hallarının sayının 19 856-ya yüksəldiyini və son 24 saatda təxminən 20 faiz artım olduğunu deyib.

Veran 2082 nəfərin çox ağır vəziyyətdə olduğunu, bazar günü ilə müqayisədə son üç günlə müqayisədə yoluxma hallarının 19% artdığını bildirib.

Parisdə koronavirusun yayılmasının qarşısını almaq üçün Sena çayı boyunca, Les Invalides çəmənliklərində və Eyfel Qülləsi ətrafındakı Champs de Mars-da gəzintilərə qadağa qoyacağı bildirilib.

Paris polisi əvvəlcə bu qadağanı yalnız keçən həftəsonu üçün qoymuşdu.

Artıq bu qadağalar Fransa hökuməti tərəfindən qoyulan bağlanma tədbirləri ləğv olunana qədər davam edəcək.