Əfqanıstanda kamikadze hücumu

  • Amerikanın səsi

Əfqanıstanda kamikadze hücumu

Əfqanıstanda kamikadze hücumu nəticəsində 19 adam həlak olub. Hadisə dəfn mərasimi zamanı baş verib. Öldürülənlər arasında parlament üzvü, Şimal Alyansının sabiq komandiri Əbdül Mütalib Baik də var.

Taxar vilayətinin Talaqan şəhərində həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Bu il əfqan rəsmilərinin hədəf alındığı ən ağır il olub.

NATO-nun Əfqanıstandakı qüvvələrinin amerikalı generalı Corc Allen hücumu qorxaqlıq kimi qiymətləndirib.