Əfqanıstanda NATO əsgərləri qətlə yetirilib

Son 24 saat ərzində ölkənin müxtəlif yerlərdə hücumlar həyata keçirilib

Əfanıstanda son 24 saat ərzində müxtəlif yerlərdə həyata keçirilən hücumlar nəticəsində 6 NATO əsgərinin öldürüldüyü bildirilir. Alyansın bildirdiyinə görə, əsgərlərdən biri bu gün üsyançıların hücumu, ikisi isə yolkənarı bomba partlayışı nəticəsində həlak olub.

NATO dünən ölkənin cənubunda iki bomba hücumu nəticəsində üç əsgərin həyatını dəyişdiyini bildirmişdi. Alyans həlak olan həbçilərin milliyəti barədə məlumat verməyib. Associated Press xəbər agentliyi ölən altı hərbçinin amerikalı olduğunu bildirib ki, bununla da iyul ayında Əfqanıstanda həlak olan ABŞ həbçilərinin sayı 66-ya çatıb.

ABŞ səfirliyinə məxsus bir maşının aeraport yolunda səbəb olduğu yol qəzasında 4 mülki vətəndaşın ölümünə etiraz olaraq bu gün günortadan sonra Kabildə Amerika əleyhinə nümayiş keçirilib.