Əfqanıstanda qubernator müavini qətlə yetirilib

Əfqanıstanda qubernator müavini qətlə yetirilib

Əfqanıstan rəsmiləri intiharçının cənubi Qəndəharda qubernator müavinini öldürdüyünü və beş nəfəri yaraladığını xəbər verir. Motosikletdə gedən hücumçu Əbüdl Lətif Aşnanın maşınına hücum etmiş. Hücum baş verən zaman cənab Aşna Qəndəhar şəhərindəki iş yerinə gedirdi. Onun cangüdənlərindən biri yaralanıb. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu arada Əfqanıstan rəsmiləri dünən Kabil bazarında baş vermiş partlayışda ölənlər arasında xarici vətəndaşların olmadığını bildiriblər. Rəsmilər bundan əvvəl hücumda iki əcnəbi daxil olmaqla doqquz nəfərin öldüyünü xəbər vermişdilər.