Əfqanıstanda intiharçılar rəsmi binaya hücum edib (yenilənib)

  • Amerikanın səsi

Əfqanıstanda intiharçılar rəsmi binaya hücum edib (yenilənib)

Əfqanıstan rəsmiləri Uruzqan vilayətində intiharçılar tərəfindən rəsmi binalarda saatlarla davam edən partlayışlar və atışmanın ölkədə son aylarda ən dəhşətlid hücumlardan biri hesab edildiyini deyib. Taliban 19 nəfərin ölümünə və 37 nəfərin yaralanmasına səbəb olan hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Xəbərlərdə partlayışı azı üç nəfərin törətdiyi, başqa döyüşçülərin isə polislə mübarizə apardığı haqda məlumat verilir. NATO sözçüsü əfqan qüvvələrinə yardım məqsədi ilə əraziyə beynəlxalq qüvvələr göndərildiyini deyib.