Konfransda ölkədəki zorakılıqlara son qoyulması üçün Taliban yaraqlıları ilə barışıq yolları müzakirə edilir
Əfqanıstanın müxtəlif bölgələrindən Kabildə keçirilən sülh konfransına gələn nümayəndə heyəti yığıncağın ikinci günü artıq 9 ildir davam edən müharibəyə son qoyulması üçün addımlar atılmasına çalışırlar. Bu gün 28 işçi qrupuna ayrılmış 1600-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda ölkədəki zorakılıqlara son qoyulması üçün Taliban yaraqlıları ilə barışığın müxtəlif yolları müzakirə edilmişdir.
Kabildə keçirilən konfrans işini Taliban yaraqlılarının intiharçıların Cirqaya hücum planları və konfransın keçirildiyi çadır yaxınlığına raket hücumlarının həyata keçirilməsindən sonra davam etdirir.