Əfqanıstanda beş terrorçu yaxalanıb

  • Amerikanın səsi

Əfqanıstan təhlükəsizlik qüvvələri beş qiyamçını - üç pakistanlı və iki əfqanı – üzərlərində 10 ton partlayıcı maddə ilə yaxalayıblar. Rəsmilər onları paytaxt Kabildə partlayış törətmək cəhdində günahlandırır.

Milli Təhlükəsizlik Direktoriyasının sözçüsü Şəfiqullah Tahiri deyib ki, əgər o partlayıcılardan istifadə olunsaydı, çox sayda insan həyatı itirilə bilərdi.

Tahiri partlayıcı maddələrin Əfqanıstana Pakistandan gətirildiyini bildirib. Partlayıcı maddələr Kabildə iri yük maşınında daşınan kartof kisələrinin altındakı 400 torbada aşkar olunub.

Əfqan rəsmiləri uzun müddət Pakistanı üsyançılara dəstək verməkdə ittiham edib. Pakistan isə bu ittihamları rədd edir.