Hadisənin ardınca amerikalı pastor şənbə günü nəzərdə tutduğu quran nüsxələrini yandırmaq planını ləğv edib
Əfqanlar ABŞ pastorunun Quranın nüsxələrini yandırmaq hədəsinə etiraz aksiyalarını bu gün də davam etdirir. Assosiated Press agentliyi məlumat verir ki, nümayişçilər Loqar vilayətinin paytaxtında mağaza və polis yoxlama məntəqlərini yandırıblar. Reuters xəbər agentliyi bir neçə min insanın Bədəxşan vilayətinin şimal-şərqində üç rayonda toplaşdıqlarını bildirib. Dünən ölkə boyu minlərlə əfqan pastorun müqəddəs quran kitablarının yandırılacağına israr etməsilə bağlı öz narazılıqlarını bildirib. Etiraz aksiyalarında azı səkkiz nəfər yaralanıb. Hadisənin ardınca amerikalı pastor şənbə günü nəzərdə tutduğu quran nüsxələrini yandırmaq planını ləğv edib.