Əfqanıstanda hərbi təlimlər müvəqqəti olaraq dayandırılıb

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin bildirdiyinə görə, koalisiya qüvvələri və əfqan əsgərlərinə qarşı hücumlardan sonra yoxlanış məqsədi ilə hərbi təlimlər müvəqqəti olaraq dayandırılıb.
Bu il Əfqanıstanda beynəlxalq qüvvələrin 45 əsgərin öldürülməsi təhlükəsizliyin əfqan əsgərlərinə təhvil verilməsi səylərini sual altına alıb.Beynəlxalq qüvvələr 2014-cü ilin sonunadək bu missiyanı başa çatdırmalıdır. .
ABŞ ordusunun sözçüsü Tomas Kollinsin dediyinə görə, təlimlərdən 1000 nəfər keçirilirdi. Yerli Polis Qüvvələrinin təlimləri isə artıq başa çatıb.
Vaşiqnton Post qəzeti yoxlanış prosesinin 27 min əfqan əsgərinə təsir edəcəyini yazır.