İranda 2009-cu il 12 iyun prezident seçkilərindən sonra baş qaldırmış etiraz aksiyaları tarixə Yaşıl hərəkat adı ilə düşdü. İran əhalisinin böyük bir hissəsini təşkil edən azərbaycanlılar da bu hərəkatdan kənar qala bilməzdi. Hadisələrin üzərində bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, İran üzrə bəzi mütəxəssislər ölkədə Yaşıl hərəkatın təsirlərinin hələ də qaldığını düşünür. Bəziləri isə hərəkatın ölkədə tam olaraq susduruluğu fikrini müdafiə edir. Çoxlu İranlı isə bu fikirlə razılaşır ki, hərəkat İranda susdurulsada xaricdə bu hərəkatın dəsdəkcilərinin heç olmasa bir hissəsi fəaliyyətlərinə davam edirlər. İran azərbacyanlılarına gəldikdə isə, onların bəziləri bunun hökumət tərəfindən başladılmış hərəkat olması fikrindədir. Digərləri isə Yaşıl hərəkatın seçkilərin nəticələrinə və ümumilikdə İran rejiminə etiraz edən xalqın iradəsini əks etditdiyini bildirir. İran azərbaycanlılarının demək olar çoxu isə İran tarixində indiyə qədər azərbaycanlıların rəhbərlik etmədikləri heç olmasa kütləvi olaraq dəsdəkləmədikləri heçbir inqilabi və ya içtimai gərəkat nailityyətlə nəticələnə bilməyib: Bəs siz nə düşünürsünüz? İranda azərbaycanlıların Yaşıl hərəkatda rolu, hərəkatın nəticələrinə onların təsirləri və hərəkatla bağlı sizi maraqlandıraq məqamları aşağıda ŞƏRHLƏR bölməsində bölüşün. Bu forum səsinizi duyurmaq, fikirlərinizi bölüşmək üçün sizlər üçün bir fürsətdir.