Fikirlərinizi bizimlə bölüşün
Son illərdə Əfqanıstan narkotiklərinin İran üzərindən Azərbaycana daşınmasının artdığı irəli sürülür. Azərbaycan hüquq-mühafizə orqanları 2010-cu ildə 1 ton 200 kiloqramdan çox narkotik aşkarlayaraq müsadirə edib. Ekspertlərin fikrincə, Əfqanıstan narkotikləri quru yollarla İran üzərindən Azərbaycana gətirilir. Bu arada son illərdə İran Azərbaycanında və Azərbaycan Respublikasında narkotik vasitələrdən istifadənin olduqca artdığı, xüsusilə İran Azərbaycanında gənclər arasında böyük ictimai problemə çevrildiyi barədə xəbərlər gəlir. Əfqanıstan narkotiklərinin İran üzərindən Azərbaycana gətirilməsi və bu iki ölkədə narkomanlıq problemi barədə fikirlərinizi bildirin. Mövqeyinizi ŞƏRHLƏR bölməsində yazın.