FORUM: Eurovision-2012 "Demokratiya üçün musiqi" kampaniyasını düzgün qiymətləndirirsinizmi?

Eurovision 2011-in qalibi olan Azərbaycan artıq Eurovizion-2012-də ev sahibliyi üçün hazırlıq işlərinə başlayıb. Ancaq bu ərəfədə insan hüquqları fəalları da “Demokratiya üçün musiqi” kampaniyası başladıb. Kampaniyanın koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində kampaniya ilə ölkədə insan hüquqları, söz, fikir, toplaşmaq, media azadlıqları, siyasi məhbus problemi kimi məsələləri qabartmağa çalışdıqlarını bildirib. Ancaq bəziləri isə, belə musiqi müsabiqəsinin "siyasiləşdirilməsi"nin əleyhinədir. Siz necə düşünürsünüz, Eurovision 2012 ərəfəsində ölkədəki insan haqları və digər azadlıqlar məsələsi qabardılmalıdırmı, yoxsa, Azərbaycan tam gücü ilə gələn il Bakıda keçiriləcək müsahibəyə hazırlaşmalıdır. Fikirlərinizi ŞƏRHLƏR bölməsində yazın.