Formasını dəyişən materiallar gündəlik həyata daxil olur

Your browser doesn’t support HTML5

Formasını dəyişən materiallar gündəlik həyata daxil olur

Bir çox material istilik, elektrik və ya digər enerji növlərinin təsirinə görə formalarını dəyişir. Bu dəyişiklik adətən təsadüfidir, amma indi alimlər bu enerjini materialların əvvəlcədən müəyyən bir formaya çevrilməsi üçün necə yönəldilə biləcəyini öyrənirlər.

“Morphing Matter” laboratoriyasının işçisi bir neçə quru makaronu qaynar su olan qazana atır. Bir neçə dəqiqədən sonra bu bərk və düz zolaqlar fusilli adlanan və daha çox dadlı sousu özündə saxlayan yumşaq spiral formasını alacaq.

Düz formada olan quru makaronlar paketlərə yığılan zaman materiala və yerə qənaət edilir.

Digər materiallarla da belə olur.

İnsan- kompyuter əlaqələri İnstitutundan Lininq Yao “Məsələn, siz bütün mebel hissələrini səthi formada paketlənmiş alıb, evə gətirib elektrikdən gələn istiliklə istədiyiniz formada özü yiğilan masa və ya oturacağa çevirə bilərsiniz.”, deyir.

Laboratoriyanın direktoru professor Lininq Yao deyir ki, materialların müəyyən formaya salmaq üçün onun fiziki xüsusiyyətlərini bilmək vacibdir. Onlar mikro şkalada termoplastik şəbəkə daxilində süzülmədən öncə onu proqramlaşdırlar.

Əvvəlki və sonrakı formasına dönə bilən bu morfinq kağızı kimi materiallarla işləmək daha maraqlıdır.

İnsan- kompyuter əlaqələri İnstitutundan Lininq Yao deyir: “Məsələn, tərə reaksiya verə bilən və bədəninizi sərin və ya isti saxlamaq üçün avtomatik olaraq genişlənən və kiçilən geyim."

Belə bir sual meydana gəlir. Bu materialların istehsalı nə qədər bahalı olacaq?

Lining deyir ki, onlar layihənin sonunadək istifadəçilərin əldə etmək imkanı olması üçün çox sadə reseptlər hazırlamağa çalışırlar.

Yao tədqiqatçıların hələ fərqli morf materiallarını necə idarə etməyi öyrəndiyini deyir. Formasını dəyişən makaron istehlakçıya aparan yolda ilk nümunə ola bilər.