Avropada at əti qalmaqalı davam edir

Avropa İttifaqı hər 20 mal əti məhsulunun tərkibində bir at əti olduğu qənaətinə gəlib.

Avropa İttifaqının nümayəndələri mal əti olduğu qeyd edilmiş 4000-dən çox yoxlanmış məhsulun 193-nün tərkibində əslində at əti olduğunu deyib.

Əlavə 3000 ədəd məhsulun yoxlanışı zamanı 16 mal əti məhsulunun tərkibində atlar üçün istifadə edilən və insan üçün təhlükəli olan ağrıkəsici dərmanlar aşkar edilib.

Avropa Səhiyyə Komissarı Tonio Borq mal əti məhsullarının səhv birkalanmasını istehlakçılara qarşı fırıldaqçılıq adlandırıb və mal əti əvəzinə at əti məhsulları satan şirkətlərin cərimə edilməsinə çağırıb.