Fələstini dəstəkləyən fəallar Qəzzaya yardım flotiliyası göndəriləcəyini bildirib

  • Amerikanın səsi

Fələstini dəstəkləyən fəallar Qəzzaya yardım flotiliyası göndəriləcəyini bildirib

Fələstini dəstəkləyən fəallar İsrailin blokadasına baxmayaraq, Qəzzaya yardım flotiliyası göndəriləcəyini bildirib. Bundan əvvəl Türkiyə tərəfindən göndərilən yardım gəmiləri İsrailin hücumuna məruz qalmışdı. 2010-cu ilin may ayının 31-I hücumu nəticəsində 9 türk fəal öldürülmüşdü. Bu gün hücum həyata keçirilən yerdə gəmiyə toplaşan fəallar iyun ayının sonunda humanitar yardımla Qəzzaya istiqamət alınacağını bəyan edib. Yunan fəal Vandelis Pisiasın dediyinə görə, Rəfahda Misir-Qəzza sərhəd bölgəsinin açılmasına baxmayaraq, İsrail hələ də su ərazisindən Fələstin ərazilərinə yardım çatdırılmasına mane olur. Rəfah İsrailin nəzarət etmədiyi yeganə sərhəd məntəqəsidir. İsrailin baş naziri Benyamin Netanyahu yardım daşıyan gəmilərin Fələstinə silah apara biləcəyindən narahat olduğunu deyib.