Almaniya rəsmilərinin bildirdiklərinə görə, Dubayda Fələstin yaraqlılarının komandiri Mahmud Əl-Məbhunun qətlə yetirilməsində əli olmaqda şübhəli bilinən və axtarışda olan İsrailin kəşfiyyat agenti Polşada həbs edilib. Almaniya Baş Prokurorluğunun sözçüsü bu gün bildirib ki, şübhəli Uri Brodski iyunun əvvəli Polşaya gedərkən həbs edilib. Ona qarşı qeyri-qanuni olaraq Almaniya pastortu daşımaq ittihamı da irəli sürülüb.
Dubay polisi yanvar ayında qətlə yetirilən Həmas komandirinin qətlində əli olanların xarici pasportlardan istifadə etdiklərini demişdi. Dubay qətl hadisəsində İsrailin Mossad kəşfiyyat agentliyini ittiham edir. İsrail isə bu ittihamların əsassız olduğunu deyir.