Fələstin UNESCO-ya üzv seçildi (Yenilənib)

  • Amerikanın səsi

Fələstin UNESCO-ya üzv seçildi (Yenilənib)

Bu gün Fələstinin beynəlxalq ictimaiyyətin müsqətil bir ölkə kimi tanımasına yol açacaq BMT-nin mədəniyyət agentliyi UNESCO-ya üzv seçilib. Keçən ay fələstinlilərin prezidenti Mahmud Abbasın BMT-nin Baş Assambleyasında Fələstinin quruma üzvlüyü barədə müraciətindən sonra baş qərargahı Parisdə yerləşən UNESCO BMT-nin ilk agentliyi kimi Fələstinin quruma üzvlüyünü qəbul etmək qərarına gəlib. Üvzlük 107 lehinə, 14 əleyhinə və 52 birtərəf səslə əldə edilib.

Fransa, Çin, Hindistan da daxil edilməklə, demək olar ki, bütün ərəb dövlətləri, Asiya və Latın Amerikası ölkələri Fələstinin UNESCO-ya üzv seçilməsinin lehinə, İsrail, ABŞ, Kanada və Almaniya əleyhinə səs verib.