Koronavirusun sürətlə yayıldığı Florida iqtisadiyyatını dirçəltməyə çalışır

Your browser doesn’t support HTML5

COVID-19-a yoluxma hallarının sayının 100 mini keçməsi və 3 mindən çox insanın ölmü ilə Florida ştatı ağır bir həftə keçirdi. Lakin bu rəqəmlərə baxmayaraq, Florida 50 faiz olmaqla, iş yerlərinin və çimərliklərin yenidən açılmanın ikinci mərhələsinə girdi.

Aleks Djuqan Floridada uğurlu iaşə biznesi olan bir neçə restoranın sahibdir. Toylarda və böyük korporativ tədbirlərdə çalışan Aleks ABŞ-da koronavirus pandemiyası baş qaldırmazdan əvvəl bu biznesini genişləndirməyi planlaşdırırdı. “Restoran işi qaynar bir sənaye idi, hər şey əla gedirdi. 2020 bizim üçün rekord ili olmalı idi. Çox sayda turist gəlir, insanlar pul xərcləyir, yemək yeyirdilər. Evdə yemək bişirməmək bir tendensiyaya çevrilib" - deyə, o bildirir.

Bu gün, bu pandemiya dövründə Djuqanın restoranları qaydalara əməl edərək, müştərilərinin sayını 50 faiz azaldıb və bütün işçiləri əlcək və üz maskaları taxır. "İnsanlar geri qayıtmağa, sifariş etməyə və özləri ilə aparmağa başlayıb. Lakin bir çox restoran hələ də bağlıdır. Buna görə də bu vəziyyətdən çıxa bilənlər daha artıq qazanır, çünki indi rəqabət azdır. Hər gün işçilərimizin temperaturunu ölçür, onlardan mütəmadi olaraq əllərini yuymalarını, maska və əlcək taxmalarını və onları tez-tez dəyişmələrini xahiş edirik" , Aleks Djuqan deyir.

Bu restorana gələn insanlar tədricən açılmalara görə minnətdar olduqlarını bildirirlər. Mayami sakini Lidiya: "Restoranlara getməkdən qorxmuram, onların bağlanmasından daha çox qorxuram! Evdə qalmaqdan, yemək bişirməkdən bezdim."

İyun ayının ortalarında Florida ştatında COVİD-ə yoluxma hallarının sayı artıb. 1,6 milyondan çox olanda yerli hökumət orqanları bunun səbəbinin daha çox insanın testlər keçirməsi ilə əlaqələndirib. Lakin epidemioloqlar yoluxma hallarının artmasının testlərin sayının artması səbəbindən olmadığını deyir. Harvard Universitetindən Karolin Buke: "Florida ştatındakı yoluxmalar epidemiyanın artmasına dair siqnal olduğuna işarədir. Sürətlə artım may ayının sonlarında başlayıb və mən iyunun sonuna qədər virus səbəbindən ölüm hallarının artacağını düşünürəm."

Rəsmilər Floridada ikinci koronavirus dalğasının başlamasından narahatdır.

Buna görə də Mayami-Dade mahalının meri Karlos Gimenez sakinlərdən həm daxildə, həm də açıq havada maskalar taxmağa və sosial məsafə saxlamağa çağırır. Con Quelç: "İqtisadiyatın taleyi istehlakçılardan asılıdır. Mən düşünmürəm ki, Florida məsuliyyətsizlik göstərib. Bu ştatın turizm sahəsi iqtisadiyyatın mühüm hissəsidir. Siyasi xadimlər üçün iqtisadiyyata xidmət edən müəssisələri sonsuzadək bağlı saxlamaq çətin olardı.”

Artıq yavaş-yavaş ciddi şəkildə məhdudiyyətlərdən çıxan ştatlar iqtisadiyyatın bərpasını təhlükəsizliklə tarazlaşdırmalıdır. Bu isə son dərəcə çətin məsələdir.