Xüsusi müstəntiq Robert Müller ABŞ prezidenti Donald Trampın ilk milli təhlükəsizlik müşaviri Maykl Flinin bir neçə milyon dolların müqabilində din xadimi Fətullah Güləni qaçıraraq, Türkiyəyə təqdim etməsi planı haqqında məlumatları araşdırır. Bu barədə cümə günü The Wall Street Journal qəzeti yazıb.
Qəzetin bildirdiyinə görə, Flin və onun oğlu, ABŞ-da yaşayan Güləni Türkiyə hökümətinə təqdim etmək üçün 15 milyon dollar pul alıblar.
Bu plan Müllerin Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi və Tramp kampaniyası ilə əlaqələri ilə bağlı tədqiqatı zamanı ortaya çıxıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güləni 2016-cı ilin iyul ayındakı hərbi çerviliş cəhdinin təşkilində ittiham edir və məhkəmə önünə çıxması üçün Türkiyəyə ekstradisiya olunmasını istəyir. Gülən hərbi çevriliş cəhdində iştirakını inkar edir.
Müllerin tədqiqatçılar komandasının sözçüsü bu məlumatlara şəhr verməkdən imtina edib.
Flin, Müllerin tədqiqatının aparıcı simasıdır. Buna səbəb onun keçən il Rusiya səfiri Sergey Kislyak ilə müzakirələri və Türkiyə iş adamına göstərdiyi xidmətə görə aldığı məvacibin hesabatını təqdim etməsi üçün mart ayını gözləməsi olub.
Qəzet bildirir ki, FBI agentləri dekabr ayında Nyu Yorkda Flin və Türkiyə höküməti nümayəndələri arasında Gülənin Türkiyəyə gətirilməsi müzakirələri haqqında məlumatı olan dörd nəfəri dindirib.