Dalğa Gənclər Hərəkatı intihar əleyhinə aksiya keçiriblər [Video]

Dalğa Gənclər Hərəkatı intihar əleyhinə aksiya keçiriblər

Polis aksiyaya müdaxilə etsə də,saxlanılan olmayıb
Yanvarın 19-da Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Opera və Balet Teatrının qarşısında intiharlar əleyhinə flaş-mob keçirib.

Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallının verdiyi məlumata görə flaş-mobda gənclərdən ikisi özünü ipdən asır, biri dərman içir, digəri damarını kəsir.

Qalanları da əllərində «İntihar etmə, inad et», «Bu tamaşa deyil, gerçəklidir» plakatları qaldırıb.

O,aksiyada bildirib ki bu kişiç problemlər ölkədə böyük problemlərdən xəbər verir.

“Biz teləb edirik ki,dövlətimiz öz ölkəsinin sakinlərinə sahib çıxsın”deyə o bildirib.

Hərəkatın rəhbəri Hacı Zeynallı deyib ki, 18 gündə 18 intihar hadisəsi olub. Bunların da hamısı cəmiyyətdəki sosial problemlərdən xəbər verir.

Flaş-mobdan sonra gənclər əllərində plakatlar Nizami küçəsinə qədər yürüş edib.

Burada polis onların qarşısını kəsərək plakatları yığışdırmaqla bağlı xəbərdarlıq edib.
Daha sonra isə gənclərin əllərindən plakatlar alınıb.

Flaş-mobda saxlanılan olmayıb.