Fizika üzrə 2011-ci il Nobel mükafatının laureatları bəlli oldu

Fizika üzrə 2011-ci il Nobel mükafatının laureatları bəlli oldu

2011-ci il Fizika üzrə Nobel Mükafatı ABŞ-da doğulmuş 3 alimə verilib. Onlar partlayan ulduzların müşahidəsi ilə “Kainatın genişləndirilməsinin sürətləndirilməsi”ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Amerikalı Sol Perlmatter 1.5 milyon dollarlıq mükafatı Adam Riss və ABŞ Avstraliyalısı Brayan Şmidtlə bölüşəcək.

Elm üzrə İsveç Kral Akademiyası bildirib ki, alimlərin kəşfləri kainatın daha geniş olduğunun üzə çıxmasına kömək edib. Bu, əvvəllə elmə məlum olmamışdı.

Dünən Tibb üzrə Nobel Mükafatı Ralf Steynman, Bryus Beutler və Cules Hoffmana immune sisteminin başa düşümlülüyünün artırılmasına görə verilmişdi. Bu, xərçəng və digər xəstəliklərin müalicəsinə gətirib çıxara bilər. Daha sonra məlum olub ki, mükafatçılardan biri keçən cümə günü mədəaltı vəz xərçəngində vəfat edib.