Barak Obama maliyyə uçurumu ilə əlaqədar Vaşınqtona qayıdıb

ABŞ prezidenti Barak Obama gələn həftədən qüvvəyə minəcək xərclərin azaldılması və vergilərin artırılmasının qarşısını almaq üçün son cəhddən yararlanmaq üçün bu gün Vaşınqton şəhərinə qayıdır.

Cənab Obama büdcənin maliyyə uçurumuna yaxınlaşdığını nəzərə alaraq dünən axşam Milad bayramı məzuniyyətini yarımçıq qoyaraq Havaydan paytaxt Vaşınqtona yola düşüb.

Bir çox iqtisadçı vergilərin 500 milyard dollar artırılması və xərclərin kəskin azaldılmasının onsuz da zəif ABŞ iqtisadiyyatını yenidən böhrana salacağından ehtiyat edir.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Con Beyner dünənki bəyanatında Demokratların çoxluq təşkil etdiyi Senatı maliyyə uçurumunun qarşısını alacaq uzun müddətli defisit-ixtisar planını qəbul etməyə çağırıb.