Finlandiya baş verən bıçaqlanma hadisəsinin terror aktı olduğu güman edilir

Finlandiya rəsmiləri cümə günü 18 yaşlı mərakeşli mühacir tərəfindən həyata keçirilən bıçaq hücumunun terror aktı olduğunu güman edirlər.

Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin sözçüsü Pekka Hiltunen müxbirlərlə görüşü zamanı bildirib ki, idarə, şübhəli şəxsin İŞİD qrupu ilə bağlantılarını araşdırırır. Sözçü əlavə edib ki, terror qrupu daha öncə öz dəstəkçiləri arasında bu cür hücumları təşviq edib.

Polis, bıçaq hücumu törətməkdə şübhəli bilinən şəxsin adını açıqlamayıb. Cümə günü, siyasi sığınacaq almağa çalışan şəxs Finlandiyanın Turku şəhərində 9 nəfəri bıçaqlayıb. Onların ikisi aldıqları yaralardan keçiniblər. Şübhəli şəxsin qadınları hədəf götürdüyü bildirilir.

“Biz düşünürük ki, hücumçu qadınları hədəfləyirdi. Xəsarət alan kişilər isə qadınların köməyinə gələnlər idi.” Bu sözləri Finlandiyanın Milli Tədqiqatlar Bürosundan Krista Qranrot deyib.

Daha dörd mərakeşli kişi bıçaqlanma hadisəsi ilə bağlı olmamalı şübhələri ilə saxlanılıblar. Lakin, onların hücumçu ilə hansı bağlantıya malik olduqları qeyri-müəyyəndir.

Hücumçu, polis tərəfindən ayağından yaralanıb. Hal-hazırda o, polisin nəzarəti altında xəstəxanada müalicə edilir.