Finlandiya dünyanın ən gənc baş nazirini seçib

Finlandiyanın nəqliyyat naziri Sanna Marin bazar günü üzvü olduğu Sosial Demokrat Partiyası tərəfindən ölkənin ən gənc baş naziri seçilib. O, Antti Rinnin istefasından sonra bu vəzifəyə seçilib.

Yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq 34 yaşlı Marin dünyanın ən gənc baş naziri olacaq.

Antti Rinn koalisiyada olan Mərkəzçi Partiyasının poçt işçilərinin tətilinə görə ona olan etimadını itidiyini bildirməsindən sonra istefasını elan edb.

Səsvermədən sonra junralistlərə açıqlama verən Marin "Güvəni yenidən bərpa etmək üçün qarşımızda görüləsi çox işlərimiz var" , deyib.

Marin 27 yaşında sənaye şəhəri Tamperedə məclis başçısı olandan bəri Finlandiya siyasətində sürətli bir yüksəliş əldə edib.

O, bazar ertəsindən etibarən Finlandiyanın ən böyük şirkətlərinin istehsalını dayandıracaq 3 günlük tətil dalğasının ortasında işə başlayacaq. Finlandiya Sənayesi Konfederasiyası tətillərin şirkətlərə 500 milyon avro dəyərində zərər vuracağını bildirib.